Azərbaycan-Yaponiya mail  qrupuna üzv olmaq üçün buraya daxil olun.

 
Home

             

                    

              

       

 
19 fevral, 2007-ci il
Osaka, Yaponiya

PRESS RELİZ

Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti (AYDC)
Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı
anma mərasimi, sərgi və imzatoplama kampaniyası təşkil edəcək

AYDC 25 fevral 2007-ci il tarixində Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Yaponiyanın Osaka əyaləytində tədbirlər programı həyata keçirəcək. Programa uyğun olaraq, əvvəlcə soyqırım qurbanlarının xatirəsi yad olunacaq, erməni barbarlarının törətdikləri əsrin cinayyəti haqqında nitqlər söylənəcək, iştirakçılara Xocalı soyqırımı, Malıbəyli qətliamı və eləcə də Azərbaycan torpaqlarının işğalı barəsində ətraflı məlumat veriəcək. Daha sonra sərginin açılışı elan olunacaq. Sərgidə Xocalı soyqıqırımı həqiqətlərini əks etdirən video və foto materiallar nümayiş etdirilicək.
         Anma mərasimi saat 14:00-də bitəcək. Sərgi və imzatoplama kampaniyası isə bütün gün boyu davam edəcək. AYDC üzvləri, könüllü yaponlar və Kansai regionunda yaşayan soydaşlarımız sərginin sonuna qədər ziyarətçilərə erməni vəhşiliklərini yapon və ingilis dilində izah edəcəklər. Bir qayda olaraq, bütün ziyarətçilərdən xahiş olunacaq ki, bəşəriyyətdə bənzər soyqırımların bundan sonra törədilməməsi üçün Xocalı həqiqətlərini daha geniş kütlələrə çatdırılması işinə və hələ də davam edən erməni təcavüzünün beynəlxalq ictimaiyyətdə birmənalı şəkildə tanınması və pislənməsi kampaniysına dəstək versinlər.
        Bu məqsədlə imzatoplama kampaniyası təşkil olunacaq. Xocalı soyqırımını və erməni təcavüzünü pisləyən AYDC-nin bəyənnaməsi gün boyunca toplanan imzalarla birlikdə Yaponiyanın Baş Nazirinə və Parlamentin hər iki palatasına göndərilərək ən yeni tarixin ən böyük soyqırımına və erməni təcavüzünə münasibət bildirilməsi xahiş olunacaq.

Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti